Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında" Sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə xanımlar təltif olunub.

Babayeva Zərövşən Yaşar qızı

Məmmədova Ruqiyyə Hüseyn qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

İsmayılova Səkinə Hacı qızı – “Əməkdar həkim” fəxri adı ilə;

Rüstəmova Gülşad Qəzənfər qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;

Rüstəmova Süsən Elmixan qızı – “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə;

Hüseynova Rəna Sultan qızı

Muxtarova Fərqanə Yusif qızı

Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.