17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, Şimali Makedoniya yığması ilə qarşılaşan yığma 0:3 hesabı ilə məğlub olub.

Komanda qrupda son oyununu martın 14-də Şotlandiyaya qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Albaniyaya yenilib - 0:1.