Naxçıvan Muxtar Respublikası üzrə 2022-ci ilin fevral ayında verilən təbii qazın həcmi, satışdan daxil olan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

"Unikal"xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% nəticə ilə yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin Dövlət Energetika Xidməti üzrə 2022-ci ilin fevral ayında verilən elektrik enerjisinin miqdarı, satışdan daxil olan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, fevral ayında texniki itki nəzərə alınmaqla verilən 22 milyon 384 min kilovat/saat elektrik enerjisinin dəyəri 2 milyon 97 min 400 manat olub. Cəmi 2 milyon 105 min 300 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,4 faizini təşkil edir.