Son üç gündə Şuşaya fasiləsiz qar yağır. 

"Unikal" xəbər verir ki, bunu Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Zaur Həsənov deyib.

"Havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir. Qarın hündürlüyü 30 santimetrə çatır", - Z.Həsənov bildirib.