Sumqayıtda binanın damında meyit tapılıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 1963-cü il təvəllüdlü Mərdəliyev Altay Teymur oğlunun meyiti aşağı düşürülərək aidiyyəti üzrə təhvil verilib.