Əfqanıstanın cənubunda Qəndəhar əyalətində minaatan mərmisinin partlaması nəticəsində 4 uşaq ölüb.

"Unikal" xəbər verir ki, Taliban administrasiyasından verilən məlumata görə Qəndəharın Şahveli Kot bölgəsində əvvəlki illərdəki döyüşlərdən qalma minaatan mərmisinin uşaqlar oynayarkən partlayıb. 

Hadisə nəticəsində 4 uşaq həyatını itirib.  

Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi oxşar hadisələrin qarşısını almaq üçün partlamamış hərbi sursatların toplanacağını açıqlayıb.