Rusiyanın “Roskosmos” kosmik agentliyi tərəfindən Beynəlxalq Kosmik Stansiyaya (BKS) gələn 3 kosmonavtın geyimi dünya mətbuatında müzakirə mövzusu olub.

"Unikal" xəbər verir ki, üç rus kosmonavtı - Sergey Korsakov, Oleq Artemyev və Denis Matveyev  Beynəlxalq Kosmik Stansiyaya Ukrayna bayrağına uyğun rənglərdə mavi aksentli sarı uçuş kostyumu geyinərək gəlib. 

ISS-dən canlı olaraq bağlanan kosmonavtlardan Oleq Artemyevdən geyimləri soruşulduğunda Artemyev hər bir kosmonavtın paltarını özü seçdiyini bildirərək, tərkibində çoxlu sarı rəngli material olduğuna görə bu rəngə qərar verdiklərini ifadə edib.