Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrə əhalisinə müraciət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əhali paytaxt Bernin mərkəzi meydanında qoyulmuş monitorlarda dövlət başçısının müraciətini izləyib.

"Mən isveçrəli dostlarımı Ukrayna xalqı adından salamlayır və dəstəyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Mən dəfələrlə İsveçrədə olmuşam və hər dəfə özümə sual vermişəm: nə üçün biz bu həyat səviyyəsinə, bu sülh şəraitinə çata bilmirik? İstərdim ukraynalılar da isveçrəlilər kimi yaşasın", - deyə Zelenski vurğulayıb.