Kiyevdə hava hücumundan müdafiə bölmələri düşmənin daha bir K-52 döyüş helikopterini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının sədri Aleksandr Pavlyuk məlumat verib.

"Mənfi daha bir düşmən vertolyotu! Bu gün Buçansk vilayətində Ukrayna ordusunun hava hücumundan müdafiə bölmələri düşmənin K-52 döyüş helikopterini vurub! Mənfi daha bir düşmən "Alliqatoru" var", - mesajda deyilir.

Qeyd olunur ki, helikopter “Stinger MANPADS” vasitəsi ilə vurulub.