Ukraynada rəsmi statistikaya görə hazırda 562 hərbi əsir var.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini İrina Vereşuk bildirib.

"Hazırda Rusiyadan rəsmi 562 hərbi əsirimiz var. Ölənləri isə Qırmızı Xaç təşkilatı ilə birgə sənədləşdiririk" - deyə Vereşuk bildirib.

Qeyd edək ki, Ukraynada əsirlərin işi ilə Milli İndormasiya Bürosu məşğul olur.