Rusiya prezidenti Vladimir Putin Ukraynadan qorxduğu üçün ona hücum edib. 

"Unikal" xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson bildirib.

"Əlbəttə, aPutin Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olacağına inanmırdı. O, yaxşı bilirdi ki, Ukrayna torpağında heç bir nüvə başlığı yerləşdirilməyəcək. O, həm də tarixlə bağlı yazdığı mifik cəfəngiyyatlara inanmır. Məncə, məsələ bu deyil. Məncə, o, Ukraynadan tamamilə başqa səbəbdən qorxur", - Conson qeyd edib.

Onun sözlərinə görə, Ukraynada azad mətbuat və azad seçkilər olduğu üçün Putin qorxur.

Ağarza Elçinoğlu