G7 ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) liderləri Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibəyə görə məsuliyyətə cəlb etməkdə qərarlıdırlar.

"Unikal" xəbər verir ki, bu barədə G7 liderlərinin Brüssel görüşündən sonra Avropa Şurasının saytında dərc olunmuş bəyanatında deyilir.

"Biz prezident Putini, bu təcavüzü yaradanlar və dəstəkləyənləri, xüsusən Belarusdakı Lukaşenko rejimini öz əməllərinə görə cavabdeh tutmaq üçün əlimizdən gələni edəcəyik", - mesajda vurğulanır.

Qeyd olunur ki, bu məqsədlə "Yeddilik Qrupu"nun liderləri bütün dünya üzrə müttəfiqlər və tərəfdaşlarla əməkdaşlığı davam etdirəcəklər: "Biz artıq mövcud iqtisadi və maliyyə tədbirlərini tam şəkildə həyata keçirməklə də daxil olmaqla, Rusiyaya ağır nəticələr vermək əzmində olduğumuzu vurğulayırıq".

Ağarza Elçinoğlu