ABŞ prezidenti Co Bayden Varşavaya səfəri zamanı Polşa prezidenti Anjey Duda ilə Ukrayna məsələsini müzakirə edib.

"Unikal" xəbər verir ki, ABŞ prezidenti Co Bayden Amerikanın Ukraynada baş verənlərə biganə qalmayacağını bildirib. 

"25 il əvvəl mən Varşava Universitetində çıxışıma Polşanın NATO-ya daxil olması üçün səy göstərən biri kimi bizim və sizin azadlığınız üçün sözlərlə başladım. Mən bunu o vaxt da demişəm, indi də deyirəm. Bizi bir yerdə saxlayan ən mühüm şey müstəqillik, mətbuat azadlığı, şəffaflıq və vətəndaşlara söz vermək kimi dəyərlərimizdir. Avropa Birliyi Ukrayna ilə bağlı üzərinə düşən vəzifələri birlik və həmrəylik içində yerinə yetirəcək. ABŞ Ukraynada baş verənlərə biganə qalmayacaq. NATO ölkələri mütləq bütövlükdə hərəkət etməli və daimi ünsiyyətdə olmalıdırlar. Bu, öz daxilində parçalanmalara və uyğunsuzluqlara səbəb olmamalıdır. Əminəm ki, Putin bizi parçalamağa, şərq cinahını digərlərindən ayırmağa ümid edir. Amma o, bacarmayacaq". 

Son olaraq, Polşa Prezidenti Anjey Duda ABŞ-ın dəstəyinə görə minnətdar olduqlarını ifadə edib.