Pakistanın təhlükəsizlik qüvvələrinin Bəlucistan əyalətinin Sobbi rayonunda keçirdiyi antiterror əməliyyatında özünü “Bəlucistanın milli ordusu” adlandıran terror təşkilatının altı üzvü məhv edilib.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, terrorçularla atışmada Pakistan ordusunun bir hərbçisi həlak olub.

Ərazidə xeyli miqdarda silah və sursat aşkar olunub.