Millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə videoformatda növbəti qəbulunu keçirib. 

"Unikal" xəbər verir ki, seçicilərin onlayn formatda qəbulu üçün deputatın İsmayıllı şəhərində yerləşən ofisində lazımi şərait yaradılıb. Qəbulda seçiciləri maraqlandıran məsələlər barədə müzakirələr aparılıb. Bəzi məsələlərin həllinə dair, xüsusilə sosial məsələlər üçün onlayn müraciətlər barədə seçicilərə məlumat verilib və prosedur qaydalar izah edilib. Digər məsələlər də müraciətlər sırasında olub. Şəxsi məişət problemləri, işlə təminat məsələləri də bu sıraya aiddir. Müraciətlər qeydiyyata alınmış və həlli üçün lazımi addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb. 

Ehtiyacı olanlara müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.