Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrində rus mədəniyyəti və incəsənətinin boykot edilməsini sərt sözlərlə tənqid edib.

"Unikal" xəbər verir ki, o, bu barədə açıqlama yayıb. "Rus mədəniyyətinin ləğvi hazırda Qərbdə bir tendensiyadır" ifadələrini işlədən Medvedev bu vəziyyəti “tibbi problem” kimi qiymətləndirib.

"Dostoyevski, Çexov, Sostokoviç və Puşkinin xaric edilməsi indi klinik zövqə çevrilib", - Medvedev yazıb.

“Rusiyanın bu axmaqlara qarşı dünyaya qapanmayacağını” bildirən Medvedev, Avropa, Cənubi Amerika , Asiya və Afrikanın bir çox ölkələrinin Rusiyanın mədəniyyət məhsullarına böyük əhəmiyyət verdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl Qərbdə rus incəsənətinin “ləğv mədəniyyətini” tənqid edərək, “Qərb Çaykovski və Raxmaninov kimi adları ləğv etməyə çalışır” demişdi.

Gülayə  Mecid