Kiyevdə işğalçılar Buça icmasının 400-dən çox sakinini qətlə yetiriblər.

"Unikal" xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk məlumat yayıb.

Pavlyuk Buça kilsəsinin yaxınlığındakı ərazidəki kütləvi məzarlıqlardan birinin cəsədlərinin eksqumasiyası ilə bağlı video yayımlayıb.

Qeyd edək ki, İrpin, Buça, Qostomel və bütün Kiyev vilayəti rus işğalçılarından azad edilib. İşğaldan azad edilmiş şəhər və kəndlərdə rusiyalı mülki əhalinin ruslar tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi qeydə alınıb. Xüsusilə də işğalçılardan azad edilən Buçada 300-ə yaxın insanın dəfn olunduğu, onlarla cəsədin küçələrdə, bəzilərinin əlləri bağlı vəziyyətdə olduğu kütləvi məzarlıq aşkar edilib.

Gülayə  Mecid