ŞOK: Fərhad Əliyevin kürəkəni həlak oldu


Azərbaycanın hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin kürəkəni Zülfüqar Əzizov yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Hüquq-mühafizə otrqanlarından Femida.az-a verilən məlumata görə, hadisə Bakı-Astara magistralının Alar kəndindən (Cəlilabad rayonu) keçən hissəsində baş verib. Belə ki, Lənkəran rayon sakini Vəkil İsayev “Mercedes” markalı avtomaşını idarə edərkən, yolu keçən Zülfüqar Əzizovu vurub. Nəticədə, Züzlfüqar Əzizov hadisə yerindəcə ölüb.

Qeyd edək ki, hadisə nəticəsində ölən Zülfüqar Əzizov sabiq nazirin bacısı Xalidə Əzizovanın həyat yoldaşı olub. O, son illərdə işsiz olsa da, F.Əliyev nazir ikən Biləsuvar Gömrük İdarəsində yüksək vəzifədə çalışıb.