Türkiyənin Bolu bölgəsində meşə yanğını olub. 

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki,  hadisəGöynük rayonunda baş verib. 

Əraziyə çox sayda texnika, canlı qüvvə və helikopterlər cəlb edilib. 

Bildirilir ki, meşə yanğını nəzarət altına alınıb. Hazırda söndürmə işləri görülür. 

Qeyd olunub ki, yanğın nəticəsində 8 hektar meşə sahəsi yanıb.

Ağarza Elçinoğlu