“Traktorsazi”dən Çempionlar Liqasına möhtəşəm start
02:36 27-02-2013
CƏMİYYƏT
İranın Təbriz şəhərini təmsil edən “Traktorsazi” komandası futbol üzrə Asiya Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu keçirib. Unikal.org-un məlumatına görə, A qrupunda yer alan Cənubi Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandasını məğlubiyyətə uğradıb – 3:1.
Hesabı 37-ci dəqiqədə Mehdi Salehi açıb. 60-cı dəqiqədə Cavad Kazımiyan “Traktorsazi”nin ikinci qolunu vurub. “Əl-Cəzirə”dən Əli Mabxut 79-cu dəqiqədə fərqlənsə də, cəmi 2 dəqiqə sonra Məsud İbrahimzadə yekun nəticəni müəyyənləşdirib. 83-cü dəqiqədə Məhəmməd İbrahimi ikinci sarı vərəqənin ardından meydandan kənarlaşdırılıb. Lakin Azərbaycan türklərinin qürur mənbəyi sonadək qələbəni əldən verməyib.
Qrupun digər matçında Səudiyyə Ərəbistanının “Əl-Şabab” və Qətərin “Əl-Ceyş” komandaları üz-üzə gələcək. “Traktorsazi” isə növbəti görüşünü martın 12-də səfərdə “Əl-Ceyş”ə qarşı keçirəcək.
Digər Xəbərlər
2024-04-26 23:04:42
2024-04-26 22:32:52
2024-04-26 22:05:14
2024-04-26 21:49:15
2024-04-26 20:59:17
2024-04-26 20:57:18
2024-04-26 20:37:56
2024-04-26 20:11:42
2024-04-26 19:56:26
2024-04-26 19:45:56
2024-04-26 18:49:04
2024-04-26 18:08:40
2024-04-26 17:57:04
2024-04-26 17:48:00
2024-04-26 17:30:04
2024-04-26 17:14:45
2024-04-26 16:32:49