Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumata görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub. Episentrdə zəlzələnin gücü 2-3  bal olub.  Zəlzələ Şirak marzının Aşotsk, Qazançı və Musayelyan kəndlərində 3 bal gücündə hiss olunub.