Litvada Rusiya telekanallarına baxan şəxslər  cərimələnəcək. 

"Unikal"  xəbər verir  ki, bu  barədə Litva Radio və Televiziya Şurasının açıqlama yayıb. Bildirilir ki,  hökumət bütün rusdilli televiziya və radioların yayımını bağlayır, hətta rus kanallarına baxanları cərimələyir.

"Evdə peyk vasitəsilə rus kanalı açılarsa həmin şəxs 700 dollar məbləğində cərimə olunur. Eyni qanun pozuntusu hüquqi şəxs tərəfindən törədilirsə, məsələn, şirkətdə və ya saç salonunda rus kanalı varsa, onda cərimə 2500 dollardır", - deyə  açıqlamada qeyd olunub. 

Qeyd edək ki, Rusiya Ukraynada  müharibəyə  başlayandan sonra  Litvada universitetlərdən və məktəblərdən rus dili əsaslı şəkildə azaldılır, küçələrin adları dəyişdirilir, rus simalarının adları Litva və Avropa yer adları ilə əvəz olunur.

Gülayə  Mecid