Ukraynalı hərbçilər Luqansk vilayətinin Kadievka şəhərində rusların silah-sursat anbarını məhv ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna "Telegram" kanalı məlumat yayıb.

"Düşmənin döyüş sursatı olan anbarı Kadiyevkada dəmir-beton məmulatları sahəsində yerləşirdi. Sursat olan ərazidə təxminən iki saat partlayış olub. Şəbəkədə partlayışlarla müşayiət olunan yanğının foto və videoları yayımlanıb. Bu anbarın Popasnaya-Severodonetsk-Lisiçansk-Baxmut istiqamətində mərmi tədarükü üçün əsas anbarlardan biri olduğu barədə informasiyalar var",- məlumatda deyilir.