"Liviyada əcnəbi muzdluların sayında azalma müşahidə olunur, buna səbəb qismən onların Ukraynada döyüşmək üçün getməsidir".

"Unikal" xəbər verir ki, sözügedən məlumatı Liviyada insan haqlarının pozulmasına dair sübutlar toplayan BMT eksperti Çaloka Beyani deyib.

Beyaninin sözlərinə görə, muzdlular "özlərinə başqa iş bazarı tapıblar". Xüsusilə, Rusiyanın Vaqner qrupunda muzdluların sayı azalıb. Onlar Rusiya prezidenti Vladimir Putinin kölgə ordusu hesab olunur və onunla hər hansı əlaqəsi olduğunu inkar edir.

Ağarza Elçinoğlu