Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde NATO-ya daxil olmaq barədə protokollar imzalayıblar.

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında paylaşım edib.

Bildirilir ki, Alyansın Baş katibi Yens Stoltenberq də tədbirdə iştirak edir.