Genişmiqyaslı müharibə başlayandan bəri 100-dən çox ukraynalı idmançı və məşqçi rus qoşunları ilə döyüşlərdə həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə  Ukraynanın gənclər və idman naziri Vadim Qutzait məlumat verib.

“Ruslar 100 ukraynalı idmançı və məşqçini öldürüb. Onlar döyüş meydanında və düşmən atəşindən həlak olublar. Kişilər və qadınlar. Böyüklər və uşaqlar. Onların hamısı qəhrəmandır, xalqımızın ən yaxşılarıdır”, - deyə o bildirib.

Bundan əlavə, dörd idmançı yaralanıb, daha 22 idmançı Rusiya əsirliyindədir. Ukrayna tərəfi onları vətənə qaytarmağa çalışır.

Gülayə  Mecid