İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.

"Unikal" xarici KİV-inə istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi Rusiyaya səfərindən sonra keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, Rusiya rəsmiləri ilə aparılan danışıqlar çərçivəsində əlaqələrin davamlı şəkildə genişləndirilməsi üçün maliyyə-bank bazasının hazırlanmasına dair razılıq əldə olunub.

Onun sözlərinə görə, Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər.