Şri-Lankanın baş naziri Ranil Vikremesinqe çoxpartiyalı hökumətin qurulması üçün istefa verməyə hazırdır, onun ofisi şənbə günü minlərlə etirazçının prezidentin Kolombodakı rəsmi iqamətgahına basqın etməsindən sonra verdiyi açıqlamada bildirib.

"Unikal" "Reuters"ə istinadən xəbər verir  ki, Vikremesinqe böhranın həlli yollarını tapmaq üçün bir sıra siyasi partiyaların liderləri ilə danışıqlar aparıb.

Baş nazirin təhlükəsiz yerə köçdüyü qeyd edilir.

“Prezident və baş nazir dərhal istefa verməlidir. Bu baş verməsə, siyasi qeyri-sabitlik artacaq”, - Şri-Lanka Azadlıq Partiyasının lideri, keçmiş prezident Maithripala Sirisena bildirib.