Şri-Lankanın paytaxtı Kolombo şəhərində etirazçılar Baş nazir Ranil Vikramasinqenin ofisinə basqın etməyə çalışırlar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onlara qarşı  təhlükəsizlik qüvvələri müqavimət göstərir. 

Qeyd edək ki, iyulun 9-da etirazçılar dövlət başçısının iqamətgahına soxularaq oranı nəzarətə götürüblər. Prezident dünən ölkədən qaçıb. 

Bundan əvvəl Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe bütün ölkədə fövqəladə vəziyyət elan edib.

Ağarza Elçinoğlu