23 Oktyabr 2019
Ziya Məmmədov prezident oldu
Ziya Məmmədov prezident oldu CƏMİYYƏT 11:42 2013-02-28


Ziya Məmmədov prezident oldu


Fevralın 27-də Azərbaycan Voleybol Federasiyasının (AVF) VI hesabat-seçki konfransı keçirilib. AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, Voleybol Mərkəzində təşkil olunan konfransın gündəliyində 3 məsələ olub.

Bunlar 2009 - 2012-ci illlər ərzində federasiyanın fəaliyyəti haqqında baş katib Elşən İsmayılovun hesabatı, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Faiq Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsinin yaradılması və AVF-nin rəhbər orqanlarının seçilməsi olub.
Tədbiri AVF-nin prezidenti Ziya Məmmədov açaraq, konfrans iştirakçılarını salamlayıb. Vitse prezident Vaqif Əliyev son 4 ildə ölkə voleybolundakı inkişafdan danışıb. İsmayılov isə hesabatında milli komandamızın Avropa çempionatına vəsiqə qazanması, klublarımızın Avropa kuboklarında uğurlu çıxışını qeyd edib. Qarayev isə millimizin qarşısındakı yarışlarından danışıb. Konfransda qarşıdakı illərdə kişi voleybolunun və çimərlik voleybolununda inkişafı üçün böyük işlərin başlandığı qeyd edilib.
Sonda Ziya Arzuman oğlu Məmmədov yenidən AVF prezidenti seçilib. Məmmədov qarşıdakı illərdə voleybolda daha böyük inkişafın olacağına əminlik ifadə edib. O, Azərbaycanda voleybol ictimaiyyətinin artıq bir ailə kimi mehriban olduğunu vurğulayıb.