Qafan rayonunun Bağaberd bölgəsindəki yaşayış məntəqələrinin birində qumbara partladılıb. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, mübahisə edən bina sakinlərindən biri  yaşadığı mənzilin anbarından "RQD" tipli qumbaranı götürərək digər şəxsi qorxutmağa çalışıb. 

Bu zaman qumbara partlayıb. 

Qafan polisi mübahisə edən hər iki şəxsi nəzarətə götürüb, onlardan biri həbs edilib. 

Faktla bağlı araşdırma aparılır.

Ağarza Elçinoğlu