Türk Aerokosmik Sənayesinin baş direktoru Temel Kotil, Farnborough 2022 beynəlxalq hava sərgisi çərçivəsində Nigeriyaya 6 ədəd T-129 ATAK hücum helikopterinin tədarükü üçün müqavilə imzalandığını açıqlayıb. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə Nigeriya Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Türkiyəyə səfər edib. Və bundan sonra 6 ədəd T-129 ATAK-ın tədarükü ilə bağlı müqavilə imzalanıb.

Bildirilir ki, səfər zamanı Nigeriya Hərbi Hava Qüvvələrinin nümayəndələri alına biləcək müdafiə təyinatlı məhsulların çeşidini dəqiqləşdirmək üçün Türkiyənin iri müdafiə şirkətlərinə baş çəkiblər. Nigeriya nümayəndə heyəti Turkish Aerospace Industries, Aselsan, Havelsan, Manatek, BNW Group, Fly BVLOS, Airways Group və Express Technics şirkətlərində olub.