İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrel ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, nazir bildirib ki, İran razılaşma əldə etmək üçün iradə nümayiş etdirib.
Telefon danışığında C.Borrel bildirib ki, İranla danışıqlarda nəticə əldə etməyin vaxtı çatıb.