Moskva Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinkenin telefon əlaqəsi ilə bağlı Vaşinqtondan sorğu almayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Kütləvi informasiya vasitələrində yayılan məlumatlardan başqa heç bir müraciət olmayıb. Biz meqafonlarla deyil, adi diplomatik təcrübəni rəhbər tuturuq", - XİN-dən bildiriblər.

Bundan əvvəl Blinken bildirmişdi ki, Lavrovla yaxın günlərdə danışmaq və xüsusən də Ukraynadan taxıl ixracı və Rusiyada saxlanılan amerikalıların azadlığa buraxılması imkanlarını müzakirə etmək niyyətindədir.