Avstriyanın Federal Prezidenti Alexander Van der Bellen Rusiyanın təcavüzünə qarşı mübarizə aparan ukraynalıların “dəyərlərimiz, sülh və azadlığımız” uğrunda mübarizə apardığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Avstriyanın dövlət başçısı Zalsburq festivalının açılışında çıxışı zamanı deyib.

"Azadlığımız və birgə yaşayışımızın bütün modeli sınaqdan keçirilir. Demokratiyamıza yüksək aqressivlik və dağıdıcı güclə hücum edilir. Bizim Avropada növbəti müharibəmiz var. Qadınlar, kişilər, uşaqlar, ailələr öldürülür", - başçı bildirib. 

Van der Bellenin fikrincə, Qərb demokratiyaları Rusiyanın Ukraynaya təcavüzü ilə razılaşmadığından, indi Putin “təkcə Ukraynanı deyil, bizi də diz çökdürmək istəyir”.

"Ən real ssenari odur ki, “hər şey belə davam edəcək və daha da pisləşəcək”. Putin imperialist müharibəsi aparır.  Və buna görə də o, amansız müharibəni davam etdirəcək və qaz tədarükümüzü daha da azaldacaq".  

Gülayə  Mecid