Kosovonun şimalında bazar günü qurulan barrikadalar sökülüb. 

"Unikal" xəbər verir ki, bu barədə Tanjuq agentliyi bildirib ki, inzibati xətt üzrə keçid məntəqəsi hələ də bərpa olunmayıb.

Agentliyin yazdığına görə, rayonun şimal hissəsində barrikadalar sökülüb, rayonda vəziyyət sakitdir. Barrikadaların götürülməsindən iki saatdan çox vaxt keçməsinə baxmayaraq, Yarınje keçid məntəqəsi hələ də işə başlamayıb. Kosovo polisinin keçid məntəqəsindəki nümayəndəsi agentliyə bildirib ki, tanınmamış Kosovo hökumətinin qərarı ilə keçidin açılması gözlənilir.

 Barrikadaların götürülməsi ilə bağlı məlumatı hadisə yerindən RTS milli televiziyasının müxbiri təsdiqləyir. Telekanal xəbər verir ki, inzibati xətt üzrə daha bir keçid məntəqəsi - “Merdare” normal rejimdə işləyir.

Qey edək ki, bazar günü axşam saatlarında tanınmayan qurumun polisi Serbiya ilə inzibati xətt üzrə nəzarət-buraxılış məntəqəsini bağladıqdan sonra bazar ertəsindən Serb sənədlərinə qadağa qoymaq niyyətində olan Kosovo və Metohiyadakı vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq Kosovonun şimal hissəsindən olan serblər nümayiş keçirərək əsas magistral yolları bağlayıblar. Bölgənin şimalındakı bir sıra şəhərlərdə sirenlər səslənib. NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovoda polislər və Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin üzvləri Kosovska Mitrovitsanın şimalı ilə cənubunu birləşdirən İbar çayı üzərindəki körpüyə çəkilib.

Beynəlxalq səylərin nəticəsi olaraq Priştinanın Serb sənədlərinə qadağa qoyulması prosedurunu sentyabrın 1-dək təxirə salıb.