Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Belçika hökuməti Rusiyanın fiziki və hüquqi şəxslərinə məxsus 50,5 milyard avro məbləğində aktivlərini dondurub.

"Unikal" xəbər verir ki, bu barədə "De Morgen" məlumat yayıb.

Belçika Maliyyə Nazirliyinin sözçüsü Fransis Adeynsin sözlərinə görə, vəsaitlər Rusiya Federasiyasına Ukraynaya təcavüzünə görə tətbiq edilən sanksiyalar nəticəsində dondurulub.

Xüsusilə pul və səhmlərin daxil olduğu dondurulmuş 50,5 milyard avro məbləğində Rusiya Federasiyasından olan 1129 fiziki şəxs və 110 şirkətə məxsusdur.