Ukraynaya qarşı müharibə Rusiyaya ağır sanksiyaların tətbiq edilməsinə səbəb olub. Buna görə də Rusiyada bir çox sahələr "çöküş" dövrünü yaşayır. 

"Unikal" xəbər verir ki, tətbiq edilən sanksiyalar ölkədə turizmin zəifləməsinə səbəb olub. Rusiya turizmi yenidən canlandırmaq üçün müxtəlif yollara əl atır.

Belə ki, Rusiyanın İspaniyadakı səfirliyi sosial media hesabından  “Rusiyaya köçmək vaxtıdır” adlı 53 saniyəlik videoçarx yayımlayıb. Turizmlə bağlı yayımlanan videoçarx diqqət çəkib. 

Videoçarxda dünyanın hər yerindən insanlar Rusiyaya dəvət olunub. “Rusiyaya köçmək vaxtıdır” başlıqlı videoda gülməli səslə yanaşı, “Rusiyaya gəlmək üçün təkliflər”də lağ mövzusu olub. Bir çox insan sosial şəbəkələrdə videonun real, yoxsa parodiya olduğunu müzakirə edib.

Lakin videonun Kreml tərəfindən yayılıb-yayılmaması hələlik məlum deyil.

Videoda Rusiyaya köçmə səbəbi kimi; "Yaxşı yemək, gözəl qızlar, mühüm tarix, unikal memarlıq və ucuz qaz, elektrik və su" göstərilir. Çarx “Rusiyaya köçmək vaxtıdır” başlığından sonra xatırlatma ilə bitir: “Gecikmə... qış gəlir”. 

Xüsusilə videodakı "gözəl qız" ifadəsi sosial mediada reaksiyaya səbəb olub. Çoxları qadınların kampaniyada istifadə edilməsinə reaksiya verib. 

Gülayə Mecid