Sankt-Peterburqdakı "Admiralty Shipyards" gəmiqayırma zavodunda yanğın baş verib. 

"Unikal"  xəbər verir  ki,  bu  barədə "RİA Novosti" müəssisənin nümayəndələrinə istinadən məlumat yayıb.

“İnşası davam edən balıqçı trollarından biri yanır. Fövqəladə xidmətlər yerindədir”, - mənbə bildirib.

“Admiralty” gəmiqayırma zavodlarında baş verən insidentin qurbanları barədə də məlumat yoxdur.