Rusiya hərbçiləri hərbi texnika və sursat daşıyan öz qatarını partladıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. 

Qeyd olunub ki, hadisə Ukraynanın Xerson vilayətində "Kalançak" dəmir yolu stansiyasında baş verib.

Bildirilib ki, ruslar sursatla dolu qatarı boşaldan zaman prosesi maskalamaq və raket zərbələrindən qorunmaq üçün güclü tüstü vasitələrindən istifadə ediblər. Bu da partlayışa səbəb olub. 

Ağarza Elçinoğlu