Kremlin sözçüsü Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfərinin bölgədəki gərginliyi artırdığını bildirib.

"Unikal" xəbər verir ki, bununla bağlı Peskov paytaxt Moskvada jurnalistlərə gündəmə bağlı qiymətləndirmələr edərkən deyib. 

Pelosinin Tayvanı ziyarət edib-etməyəcəyinin hələ dəqiq olmadığını vurğulayan Peskov, “Bu tur və Tayvana mümkün səfərlə bağlı hər şey tamamilə təxribatçıdır. Bu, vəziyyəti təhrik etsə də, gərginliyin artmasına gətirib çıxarır", - deyib. 

Baş verənlərlə bağlı Rusiyanın Çinlə tam həmrəy olduğunu vurğulayan Peskov, “Təbii ki, biz bir daha Çinlə tam həmrəyik. Onların bu məsələyə çox həssas münasibətini başa düşürük və haqlıdırlar”.

ABŞ-ın bu həssaslığa hörmət etmək əvəzinə qarşıdurma mövqeyi tutduğunu ifadə edən Peskov, “Bu, yaxşı əlamət deyil. Biz burada ancaq kədərimizi ifadə edə bilərik”, - deyib.