ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.

"Unikal" Flightradar-a istinadən xəbər verir ki, onun təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına eniş edib.

xxx

18:25

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu hərbi təyyarə Tayvanın hava məkanına daxil olub.

"Unikal" xəbər verir ki, təyyarə yaxın vaxtlarda Taybey şəhərinin Sunşan hava limanında eniş etməlidir.Çin Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə buna qarşı sərt cavab verəcəyini açıqlayıb.

Qeyd edək ki, Nensi Pelosi Asiya turu çərçivəsində bundan öncə Malayziyaya səfər etmişdi.

17:56

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsi Tayvanın paytaxtı Taybey hava limanına enəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu "Flightradar" xidmətinin məlumatları sübut edir.

Bundan əvvəl təyyarənin adaya eniş edib-etməyəcəyi tam məlum deyildi.

"Reuters" qeyd edib ki, göyərtəsində Pelosi olan Amerika təyyarəsi Taypey hava limanına enmək üçün müraciət etməyib. Lakin Tayvan artıq Pelosi ilə təyyarənin enişini gözləyir. 

Tayvan mətbuatının məlumatına görə, Pelosinin olduğu təyyarə Bakı vaxtı ilə saat 18:00 radələrində Tayvana enəcək.

Ağarza Elçinoğlu