Rusiya paytaxtında benzindaşıyan tankerlə TIR-ın toqquşması nəticəsində dəhşətli yanğın başlayıb.

"Unikal" rentv-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şəhər Baş İdarəsinin mətbuat xidmətindən xəbər verilib.

Artıq yanğın lokallaşdırılıb. Ölən və yaralananlar olmayıb. 

Bəzi media orqanlarında isə üç nəfərin yaralandığı bildirilir.