Çin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsinə etiraz edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Çin Xarici İşlər Nazirliyi də Pelosinin Tayvana səfərini pisləyib. Nazirlik bunu “Vahid Çin” prinsipinin və ABŞ-la Çin arasında imzalanmış kommunikenin şərtlərinin pozulması kimi dəyərləndirib.

Daha əvvəl xəbər verildiyi kimi, Pelosinin olduğu təyyarə avqustun 2-də Taypey hava limanına  enib .