ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi ABŞ qanunvericilərindən ibarət nümayəndə heyətinin Tayvana səfəri ABŞ-ın Çin və adanın özünə qarşı siyasəti ilə ziddiyyət təşkil etmir.

"Unikal" xəbər verir ki, bu barədə Pelosinin özü və onu müşayiət edən Konqres üzvlərinin birgə bəyanatında deyilir.

ABŞ Nümayəndələr Palatasının spikeri əlavə edib ki, Vaşinqton status-kvonu dəyişdirmək üçün birtərəfli səylərə qarşı çıxmaqda davam edir.

Çinin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini, bunun nəticələrinə görə ABŞ və Taypeyin məsuliyyət daşıyacağını bəyan edib.