Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Unikal" xəbər verir ki, Çinin müdafiə nazirliyi axşam saatlarında ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərinə cavab olaraq hərbi əməliyyatlara başlanacağını bildirib.

Həmçinin, Xalq Azadlıq Ordusunun Şərq Komandanlığı bu gecədən etibarən Tayvan yaxınlığında birgə hərbi əməliyyatlar keçirəcəyini bildirib.

19:36

Çin ordusunun yüksək hazırlıq vəziyyətində gətirilib.

"Unikal" Reutersə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi bildirib. 

Qeyd edək ki, Çinin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini, bunun nəticələrinə görə ABŞ və Taypeyin məsuliyyət daşıyacağını bəyan edib.