Ukraynadan dənli bitkilər daşıyan ilk yük gəmisi İstanbula çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qarğıdalı ilə yüklənmiş “Razoni” quru yük gəmisi Qara dənizdən Bosfor boğazına daxil olub və onun üçün ayrılan yerdə lövbər salıb. Gəminin sabah səhər saaatlarında birgə təftiş heyəti tərəfindən yoxlanılacağı bildirilib.

20:02

Dünən Ukraynanın Odessa limanından yola düşən qarğıdalı yüklü RAZONI quru yük gəmisinin yerli vaxtla saat 21:00 radələrində İstanbul Boğazının girişinə çatması gözlənilir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Müştərək Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış sabah səhər başlayacaq.