Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan meriyasına, Zvartnots beynəlxalq hava limanına, parlamentə, eləcə də digər mühüm hərbi və mülki obyektlərə bomba qoyulması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Hər ünvan üçün bir yanğınsöndürmə və xilasetmə qrupu ayrılıb.

Hazırda hadisə yerində axtarış işləri aparılır.