Rusiya vətəndaşlarına ETS tərəfindən təşkil olunan TOEFL formatında (Test of English as a Foreign Language) ingilis dilindən beynəlxalq imtahan vermək qadağan edilib.

"Unikal" xəbər verir ki, platformadan Rusiya vətəndaşlarına imtahana yazılmağın mümkünsüzlüyü barədə mesaj göndərilir.

“ABŞ Xarici Aktivlərə Nəzarət Departamentinin (OFAC) tələblərinə uyğun olaraq, biz sizin sorğunuzu icra edə bilmirik”, - mesajda bildirilir.

Qeyd edək ki, TOEFL imtahanları keçirən ETS əvvəllər Rusiya və Belarusda sınaqları dayandırdığını bildirmişdi.

Bu ilin mart ayında Rusiyada bütün IELTS ingilis dili imtahanlarına qeydiyyat dayandırılıb. Martın 17-dən imtahanlara qeydiyyat bağlanıb və martın 19-da kağız formatda sonuncu imtahan keçirilib.