ABŞ Əfqanıstan ərazisində terrorçular aşkar edilərsə, onlara qarşı yeni zərbələr endirməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Ağ Evin sözçüsü vurğulayıb ki, Taliban ABŞ-ı təhdid edən terrorçulara Əfqanıstanda təhlükəsiz sığınacaq verməyəcəklərinə söz verib.

“Onun (Əyman əz-Zəvahiri – red.) Əfqanıstanda olması Doha razılaşmalarının tamamilə pozulmasıdır” deyən Kirbi bunun Vaşinqtonu terrorçu liderini məhv etmək üçün “hərəkət görməyə” məcbur etdiyini qeyd edib.

“Talibanla təmaslarımızda bunun qəbuledilməz olduğunu açıq şəkildə bildirdik. Biz də açıq şəkildə bildirdik ki, vəziyyətə nəzarəti davam etdirəcəyik və yenidən zərbə endirmək lazım gələrsə, zərbə endirəcəyik”, - deyə o, yekunlaşdırıb.

Ramil Zeynallı